“Bəli, bir neçə dövlət orqanından mətbuat xidmətində işləmək və çalışmaq təklifi olub”.

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan “AvtoStop” verilişinin aparıcısı Tural Yusifov bildirib.

Onun sözlərinə görə, təkliflərin heç birinə müsbət cavab verməyib: “Bəli, bir neçə dövlət orqanından mətbuat xidmətində işləmək və çalışmaq kimi təklifi olub. Sadəcə mən kabinet adamı deyiləm. Ümumiyyətlə mən jurnalist və aparıcı fəaliyyətimin pik nöqtəsi kimi hansısa qurumun mətbuat xidmətinin rəhbəri görmürəm. Mənim Bəxtiyar adlı bir stomotoloq həkimim var. Onun belə bir sözü var ki, “Mən ömrümün axırına qədər stomotoloq işləyəcəm deyə öz reputasiyamı qorumaq istəyirəm”.

Mən də bu gün aparıcı olaraq ömrümün sonuna kimi radio verlişlərinin yaradıcısı, avtobloqer kimi fəaliyyətimi davam etdirəcəyimdən dolayı öz reputasiyamı qorumaq istəyirəm. İstəmirəm ki, şablon açıqlamalar edim, süni və cansıxıcı ortamda oturub çalışım”.

Загрузка...