“Yuventus”un forvardı Kriştianu Ronaldunun bacısı Katya Aveyru “Liverpul”un müdafiəçisi Vircil van Deyki “Qızıl top” mükafatlandırma mərasimində davranışına görə sərt tənqid edib.

Bu barədə “Metro” xəbər verib.

Bildirilir ki, hollandiyalı müdafiəçi jurnalistlərin Ronaldunun mərasimdə iştirak etməməsi ilə bağlı sualına “Məgər o rəqib idi ki?” kimi cavab verib.

Sonradan Van Deyk bunun zarafat olduğunu bəyan etmişdi.

“İnsanlar qeyri-reallıqda yaşayırlar. Necə təvazökarlıqdır! Hə, Kriştianunun qalib ola bilməyəcəyi məlum idi. İstər komanda ilə, istərsə də şəxsi olan vacib titullarına baxmayaraq. Ancaq bu artıq başqa söhbətin mövzusudur.

Əziz Vircil, sənin gəldiyin yerdə Kriştianu min dəfə olub. Sən hələ bir neçə il oynayanda və mükafatların nə olduğunu bilməyəndə Kriştianu üçqat çempion, ən yaxşı oyunçu və sənin oynadığın ölkənin ən yaxşı bombardiri idi. Həmin vaxt o yaşda səndən kiçik idi.

Sonra o, “Real”a gəldi və bu klubun ən yaxşı oyunçusu oldu. Sənə bu ad tanışdırmı, əziz Vircil? Ehtimal ki, hə. Çünki bu klubda o Çempionlar Liqasında sizə qalib gəlib. Və onun beş belə qələbəsi var.

Əziz Vircil, Kriştianunun bir mövsümdə qazandığı kuboklar sənin karyeran dövründə qazandıqlarından çoxdur… Nə zaman sənin əlində həqiqətən sayılacaq qədər mükafatlar olsa, onda bəlkə Kriştianu ilə bir masada əyləşə bilərsən. Mənim üçün o, ən yaxşıdır”, – deyə Aveyru yazıb.

Загрузка...