Xalq artisti Röya Ayxanın İTV-də yayımlanan “3D” proqramında Brilyant Dadaşova barədə işlətdiyi fikirlərin qalmaqala səbəb olmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Röya sosial şəbəkədə B.Dadaşovanı incitmək istəmədiyini açıqlayıb: “Mən sadəcə öz fikrimi söylədim və əsla Brilyant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi il onun yanında olmuşam və olacağam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”
Qeyd edək ki, Röya “3D” verilişində Dadaşova haqqında belə demişdi: “Niyə şərhini sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyyəti yoxdur… Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə “super” yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında “super” yazacağam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilyant xanımla bu barədə razı deyiləm”.
Daha sonra xalq artisti, Röyanın sözlərinə sosial şəbəkədə cavab verib: “Səhnəyə çıxdığım gündən indiyə kimi təriflədiyim hər kəs fürsət tapdıqca kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizlərə güvənərək təsəlli tapdım. Şükür olsun, arzularımın adamı həyatımdadır”.