Bu gün xalq artisti Rəfael Dadaşovun səhhətinin pisləşdiyi xəbəri yayılıb.
Məsələ ilə bağlı ARB TV-nin “Elgizlə İzlə” verilişində xalq artistinin qızı müğənni, Səidə Dadaşova ilə telefon bağlantısı yaradılıb.
İfaçı atasının səhhətinin pis olduğunu təsdiqləyib:
“Vəziyyəti bir az ağırdır. Problemi ürəkdir, oksigen çatışmazlığı var, bir də pnevmoniya – ciyərinə su yığılıb. Ona görə xəstəxanada yatır”.