“Yuventus” komandasının hücumçusu Kriştianu Ronaldunun İtaliyanın çempionatının keçmiş mövsümünün ən yaxşı oyunçusu seçilib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Galà del Calcio-2019 Gran” mükafatlarının verilməsi mərasimində ən yüksək mükafat portuqaliya futbolçuya təqdim edilib.
Ronaldu başa çatan mövsümdə 31 matçda iştirak edib. O, bu matçlarda 21 qol vurub, 8 məhsuldar ötürmə edib.