İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Lionel Messi yiyələnib.

Bu, Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdən öncə mükafata əsas üç namizəd əvvəlki illərdə hərəyə 5 dəfə bu mükafata yiyələnən Lionel Messi (Argentina, “Barselona”) və Kriştianu Ronaldo (Portuqaiya, “Yuventus”), həmçinin Vircil Van Diyk (Niderland, “Liverpul”) idi. K.Ronaldonun qatılmadığı tədbirdə qalib elan olunan “Barselona”nın argentinalı futbolçusu 6-cı dəfə “Qızıl top”a sahib olub.

Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FİFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.

Загрузка...