Dünəndən bəri aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı Murad Abdullayevin xidmətdən xaric edilməsi, bunun ardında həmin şəxsin aktrisadan ayrılması xəbərləri gündəmi zəbt edib.

BAKU.WS xəbər verir ki, Pərvin barəsində yazılanlara “İnstagram” hesabında belə açıqlama verib:
Aktrisa daha sonra isə “”Yazırsız, pozursuz, düzürsüz, qoşursuz. Bekar insanlar doluşub, şərh yerində ağzına gələni yazır. Məncə çox sevinməyin, hər şeyin reallığını mən bilirəm. Məndən daha yaxşı bilən olmaz”.

Pərvin Abıyeva danışdı:

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mətbuata verilən açıqlamada bildirilir ki, Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı Murad Abdullayevin təmtəraqla keçirilən ad günündən videogörüntülər sosial şəbəkələrdə paylaşılması onun sistemdən xaric edilməsinə səbəb olub:

“Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.

Məlumatda həmçinin qeyd olunur ki, “Polis haqqında” Qanunun və “DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Загрузка...