Bu gün Çempionlar Liqasında qrup mərhələsinin V turuna yekun vurulub.

Oxu.Az saytının məlumatına görə, ikinci oyun günündə daha 4 qrupda 8 oyun baş tutub.

Bu dəfə E, F, G və H qruplarında yer alan komandalar meydana çıxıb.

Maraqlıdı ki, qruplardakı liderlər üz-üzə gəlib. Belə ki, E qrupunda “Liverpul” öz meydanında “Napoli”ni sınağa çəkib. Bu qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.

F qrupunun birincisi “Barselona” isə ən yaxın izləyicisi “Borussiya”nı qəbul edib və inamlı qələbəyə sevinib – 3:1.

H qrupunda isə “Valensiya” ilə “Çelsi” arasında matça maraq böyük idi. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib – 2:2.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

27 noyabr

E qrupu

“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) 1:1

Qollar: Lovren, 65 – Mertens, 21.

“Genk” (Belçika) – “Zalsburq” (Avstriya) 1:4

Qollar: Samata, 85 – Daka, 43. Minamino, 45. Çan, 69. Haaland 87.

F qrupu

“Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 3:1

Qollar: L.Suares, 29. Messi, 33. Qrizmann, 67 – Sanço, 77.

“Slaviya” (Çexiya) – “İnter” (İtaliya) 1:3

Qollar: Souçek, 37-pen – Martines, 19; 88. Lukaku, 81.

G qrupu

“Zenit” (Rusiya) – “Lion” (Fransa) 2:0

Qollar: Dzyuba, 42. Ozdoyev, 84.

“Leypsiq” (Almaniya) – “Benfika” (Portuqaliya) 2:2

Qollar: Forsberq, 89-pen; 90+6 – Pitsi, 20. Vinisius, 59.

H qrupu

“Valensiya” (İspaniya) – “Çelsi” (İngiltərə) 2:2

Qollar: Soler, 40. Vass, 82 – Kovaçiç, 41. Pulişiç, 50.

“Lill” (Fransa) – “Ayaks” (Hollandiya) 0:2

Qollar: Ziyex, 2. Promes, 59.

Загрузка...