Albaniyanın Müdafiə naziri Olta Djaçka zəlzələ zamanı qurbanların adlarını oxuyarkən gözyaşlarına hakim ola bilməyib.
BAKU.WS xəbər verir ki, nazirin görüntüləri KİV-lərdə böyük maraqla qarşılanıb.
“Bu mənim ən çətin çıxışımdır. Biz dağılmış binaları yenidən qura bilərik, lakin 26 noyabr zəlzələsi zamanı ölən bütün bu vətəndaşların həyatını qaytara bilmərik”,-deyə Olta Djaçka bildirib.
Qeyd edək ki, Albaniyada baş verən 6.4 bal gücündə zəlzələ zamanı 32 nəfər ölmüş, 658 nəfər yaralanmış, 47 nəfər dağıntılar altından xilas edilmişdi.