Albaniyada zəlzələ qurbanlarının sayı 35 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin məlumatlarına istinadən “Albanian Daily News” qəzeti bildirib.
Nəşrin məlumatına görə, indiyədək uçqunlar altından təxminən 45 nəfər xilas edilib. Fövqəladə xidmətlərin işçiləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.