Çempionlar Liqasının qrup mərhələsinin V turunun “Atletiko” ilə hazırda davam edən oyunu “Yuventus”un futbolçusu Kriştianu Ronaldonun 175-ci avrokubok matçı olub.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz bununla da Paolo Maldinini arxada qoyub.
İtaliyalının hesabında 174 oyun var. Bu göstəricidə mütləq rekord ispaniyalı qapıçı İker Kasilyasa məxsusdur – 188 matç.
K.Ronaldo rekorddan 13 oyun geri qalır. Portuqaliyalı artıq gələn mövsümdə bu göstəricini arxada qoya bilər.