Bakı Dövlət Sirki bərbad vəziyyətdədir.
Minval.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar tez-tez paylaşılır, tənqid edilir. Amma yararsız halda olan binada fəaliyyət davam edir. Bakı Dövlət Sirki 1967-ci ildən istifadəyə verilib. Bu günə qədər bir neçə dəfə təmir olunub, amma hazırda bina tamaşaçı üçün yararsız vəziyyətdədir.
Belə ki, zalda havalandırma sistemi yoxdur. Tualetlər iyrənc, oturacaqlar da yararsız haldadır. Pilləkənlərin çoxu sıradan çıxıb. Binanın dam örtüyü elə bir durumdadır ki, tamaşaçılar yağışlı günlərdə qapalı zalda çətirlə oturmalı olublar.
Dövlət tərəfindən sirk üçün yeni binanın tikilməsi planlanır. Amma tikintinin yeri və zamanı bəlli deyil. O vaxta qədər isə Bakı Dövlət Sirki bu şəkildə fəaliyyətinə davam edəcək.