Körpüdən aşan TIR-da ölənlərin görüntüsü - VİDEO

Ötən gün Bakıda ağır qəzaya uğrayan yük maşını və onun içində olan şəxslərin fotosu yayılıb.

Medianews.az Trend-ə istinadən xəbər verir ki, Xocahəsən qəsəbəsi “Meyvəli bazar”ın yaxınlığında körpüdən düşərək qəzaya uğrayan yük maşınının içində sürücü və bir sərnişin olub.

Onlar Masallı rayon sakinləri Yusifli Xəzər İnqlab oğlu və Əzim Məmmədovdur. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xatırladaq ki, yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlanıb.

Körpüdən aşan TIR-da ölənlərin görüntüsü - VİDEO

Körpüdən aşan TIR-da ölənlərin görüntüsü - VİDEO

Загрузка...