Marketdən alınan konfetin içərisindən dəmir parçası çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə rəqqasə Renka məlumat verib. Belə ki, rəqqasə “Can” firmasına məxsus küncüt konfetlər alıb. Atası konfeti yeyən zaman içərisində bərk nəsə olduğunu anlayıb. Daha snra konfetin içərisində dəmir parçası olduğu məlum olub.
“Atam konfeti yeyəndə içərisindən dəmir parçası çıxdı. Yaxşı ki, uşaqlar yeməyib”-, deyə Renka paylaşdığı videoda bildirib.
Könül
Musavat.com