Tibb elmləri namizədi Rəşid Mahmudov kişiliklə bağlı maraqlı fikir səsləndirib.

BAKU.WS xəbər verir ki, tanınmış ictimai xadim “Səni axtarıram” proqramında kişilikdən söz açarkən özündən də nümunə gətirib:
“Yoldaşıma deyirəm ki, sənin qadanı alım, başına dönüm, kül təpənə, mənim nəyimi sevirdin? Mən meymuna oxşayırdım. Vallah, həqiqi deyirəm, mən meymuna oxşayıram. Deyir ki, səndə elə kişiliklər var ki, heç bir kişidə yoxdur. Mən sənin kişiliyini sevmişəm”.

Rəşid bəy bu sözlərdən sonra gənclərə belə bir mesaj göndərib:

“Əziz gənclərimiz, sözüm oğlan və qızlaradır, sizə yalvarıram, diqqətli olun. Qadın lüt olarsa, orada əri, qardaşı, atası olsa, heç kimin deyil, ərinin arxasında gizlənəcək. Bunu birdəfəlik bilin, kişisənsə, xanımını qorumalısan. Bu sənin kişilik vəzifəndir!”

Загрузка...