Bakıda ürəyi sağda olan körpə doğulub.
Anomaliya halı ilə bağlı atası Rəşad Rüstəmov BAKU.WS-ə məlumat verib.
“Sirat Fərhad avqustun 22-də dünyaya gəlib.
Uşaqda müxtəlif sağlamlıq problemləri var. Uşağın ürəyi sağdadır, ürəkdə 7mm və 5mm diametrli böyük və bir neçə kiçik dəliklər var.
Bu dəliklərdən dolayı qan düzgün paylanmır və ağ ciyər stabil qan almadığından durğunluq yaranır, ağ ciyər iltihab verməyə başlayır.
Nəticədə uşaq toplanmış bəlğəm kütləsindən boğulmağa, təngənəfəs olmağa başlayır və pnevmaniya olaraq reanimasiyaya yatır. Artıq bir dəfə Klinik Ölüm keçirib.
Tezliklə ürəkdən əməliyyat olmasa, dəfələrlə pnevmaniya səbəbindən antibiotiklər almaqdan ciyərlər sıradan çıxacaq.
Bunlarla yanaşı uşaqda qrija və digər problemlər var”, – deyə Rəşad Rüstəmov bildirib.
Rəşad Rüstəmov deyir ki, hazırda uşağın vəziyyəti stabildir.
“Uşaq reanimasiyadan palataya köçürülüb. Lakin vəziyyəti dəyişə bilər. Buna görə də, həkimlər diqqətli olmağı tapşırıb”.
Qeyd edək ki, Rəşad Rüstəmov özəl şirkətlərin birində reklam meneceri işləyir:
“İndiyə qədər 12 min manatdan çox xərc çəkmişəm. Əlavə olaraq dost-tanış, digər şəxslər yardım edirlər”.
Qeyd edək ki, Sirat Fərhad ailənin ikinci övladıdır. Ailənin bir qızı var. Qızın sağlamlığında problem yoxdur.
Sirat Fərhada dəstək olmaq üçün “Milliön” vasitəsi ilə, Kapital bankı seçib bu nömrə vasitəsilə hesabı artıra bilərsiz: 4169 7413 7063 3461 Rəşad Rüstəmovla əlaqə nömrəsi: 0559414103