“Forbes” jurnalı “İnstagram”da ən çox pul qazanan rusiyalı blogerlərin siyahısını dərc edib.

Siyahıda birinci yeri teleaparıcı Kseniya Sobçak tutub. Onun reklam gəlirlərindən qazancı 1,6 milyon dollardır. İkinci və üçüncü yerləri teleaparıcı Regina Todorenko və müğənni Olqa Buzova (hər biri 860 min dollar) bölüşür.

Reytinqdə UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov, avtobloger Alan Enileyev, model Darya Klükina, aktrisa Natalya Rudovanın da adları var.

Загрузка...