Məncə, uşaqla heç bir şey həll etmək olmur. Kişiyə 10 uşaq da pay versən, sevmirsə, çıxıb gedəcək. Uşaq qədri bilən arvad yanında qalar”. Bu sözləri bir neçə ay əvvəl boşanan müğənni Sevda Sanalıyeva deyib.

BAKU.WS xəbər verir ki, “5/5” verilişinin aparıcısı Zaur Kamal ifaçıya “Xanım müğənnilərin çoxu ailə dağıdan olur. Bilir ki, kişi evlidir, uşaqları var, yenə də həmin bəyə yaxınlıq edir. Düşünmür ki, sabah çıxıb gedəcək. Sizcə niyə? Səndə elə olmuşdu” suallarını verib.

Sevda sualı bu cür cavablandırıb:

“O düzgün deyil. Sənin deyilsə, sabah çıxıb gedəcək. Sən kimi deyirsən? Ölmüş insanın arxasınca danışmaq düzgün deyil. Mənim həyatımdan danış. Mən ev dağıdan deyiləm. Bu bizdən uzaq söhbətdir”.

Загрузка...