Ötən gün 61 yaşlı dünya şöhrətli məşhur pop ulduz Madonna sosial media hesabındakı paylaşımı ilə izləyicilərini həm iyrəndirib, həm də təəccübləndirib.

Oxu.Az xəbər verir ki, Madonna öz sidiyini içərək həmin anları lentə alıb və şəxsi “Instagram” hesabında paylaşıb. Həmin görüntülərdə müğənni əvvəlcə “Madame X” turu çərçivəsində ifa etdikdən sonra buz vannasında yatır və sonra sidik terapiyasına davam edir. Mikrobloqda popun kraliçası içdiyi mayenin əslində sidik olduğunu söyləyib.

Göründüyü kimi, ulduz ingilis naturopat Con Armstronq tərəfindən 1945-ci ildə yazılmış bir kitabdan ilham alıb. Müəllif sidiyin bütün mümkün və mümkün olmayan xəstəlikləri müalicə edə biləcəyini və faydalı olduğunu kitabda qeyd edib. Qançır və şişkinlikdən xilas olmaq üçün müğənni buz vannaları qəbul edir.

“Buz hamamları daha sürətli bərpa olunmağa kömək edir, əzələlər üçün olduqca faydalıdır”- deyə Madonna bildirib.

Təlimdən sonra 12-15°C temperaturda suya girmək təcrübəsi bir çox idmançı tərəfindən istifadə olunur. Bu texnikanın əzələ ağrısının azalmasına səbəb olduğu güman edilir. Bu metod isə mübahisəlidir. Həkimlər hətta ölüm riski barədə xəbərdarlıq edirlər.

Bu yaxınlarda Madonna təyyarənin göyərtəsində buz müalicə metoduna müraciət etmək qərarına gəlib. Ulduz şəxsi təyyarəsindəki “kriokamera”ya getmək istəyib, lakin pilot bunun təhlükəli olduğunu söyləyərək Madonnanı bu istəyindən yayındırıb.

Загрузка...