“Şou ATV” verilişinə qonaq olan müğənni Afət Fərmanqızı açıqlamaları diqqət çəkib.
BAKU.WS xəbər verir ki, Nanə Ağamalıyevanın aparıcısı olduğu verilişdə etiraflar edən müğənni 2 aydır hamilə olduğunu söyləyib.
Afət övladının olmasını istəmədiyini və ötən ay uşağı tələf etdiyini söyləyib:
“Düşündüm ki, bir az da zamana ehtiyacım var. Ümumiyyətlə istəmədim. Mən tərəddüd edəndə olmazı götürürəm. Ananlıq hissinə görə peşman oldum. Amma qismət”.