Bakıda məşhur restoranda hadisə - Bəylə gəlin də zəhərləndi

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb.

Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub.

Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub.

Загрузка...