Atası Katyanın narkotik vasitə istifadə etdiyi üçün, psixoloq isə ruh sağlığı yerində olmadığı üçün intihar etdiyini deyir …

17 yaşlı Katya Sukanova İngiltərədə ən böyük səhnə mükafatı qazanan skripkaçılardan biri idi.

Musavat.com xəbər verir ki, Katya Kral Opera Evində ən böyük konsertlərindən birini verdikdən 8 gün sonra intihar edib.

17 yaşlı rus bankir İqor Sukanovun qızı Katya İngiltərənin “Buckinghamshire” şəhərindəki “Wycombe Abbey” internat məktəbində oxuyurdu. Məktəbin yalnız bir semestrlik təhsili 13 min funt sterlinq civarındadır.

“Narkotik maddə yoxsa psixoloji problem” - Rus bankirin 17 yaşlı qızının müəmmalı intiharı (FOTOLAR)

Katya çalışqan, iddialı bir gənc qız olub. “Suoni dal Golfo” yarışmasında ilin ən ideal musiqiçisi seçilmişdi. Bu gənc yaşda Katya Kral Opera Evində çıxış edə bilib. Uğurlu konsertdən sonra alqışlarla səhnəyə yollanan gənc skripkaçının xoşbəxtliyi uzun sürməyib.

Konsertdən 8 gün sonra ailəsi faciə ilə üzləşib. Atasının malikanəsində ölü olaraq tapılan gənc qız sevənlərini yasa boğub.

“Narkotik maddə yoxsa psixoloji problem” - Rus bankirin 17 yaşlı qızının müəmmalı intiharı (FOTOLAR)

Kədərli ata İqor Sukanov, qızının həddindən artıq dozada narkotik vasitə istifadə etdiyini üçün öldüyünü söyləyib. Ancaq məhkəmədə gənc qızın toksikoloji hesabatının nəticələri araşdırılıb. Katya öldükdə, qanında alkoqol olduğu, ancaq narkotik izi olmadığı açıqlanlb. Araşdırma zamanı məlum olub ki, Katya ağır iş rejimindən vaxt tapan kimi, psixoloqa müraciət edərək problemləri barədə danışırmış.

“Narkotik maddə yoxsa psixoloji problem” - Rus bankirin 17 yaşlı qızının müəmmalı intiharı (FOTOLAR)

Onun psixoloqu Tanya Leçi məhkəmədə dindirilib. Psixoloq gənc qızın böyük uğurlar qazandığı halda özünə güvəni olmadığı və mənfi düşüncələrinin çox olduğunu bildirib.

Daha sonra psixoloq Katyanın ona həyatın anlamı barədə suallar verdiyini və yaşamaq istəmədiyini düşündüyünü deyib.

“Narkotik maddə yoxsa psixoloji problem” - Rus bankirin 17 yaşlı qızının müəmmalı intiharı (FOTOLAR)

Psixoloq Tanya Leçi

Məhkəmənin sonunda intihar edən gənc qızın atası bu sözlərlə fikrini tamamlayıb: “Qızım son dərəcə ağıllı və bacarıqlı biri idi. Ancaq çox pis qərar verdi. Bəzən valideynlər nə edə bilər ki?. İndiki uşaqlar biz nə desək də, öz bildiklərini edirlər”.

Turan Oruc
Musavat.com

Загрузка...