Elçin Əlibəyli televiziya ilə vidalaşdı:

Tanınmış teleaparıcı Elçin Əlibəyli “Space TV” və ümumilikdə televiziya ilə vidalaşıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə aparıcısı olduğu “El bizim, sirr bizim” verilişində qərarını açıqlayıb.

Sənətin, musiqinin və sənətkarlara verilən dəyərin hazırkı durumunu tənqid edən aparıcı, televiziyada sənətin aşağılandığını bildirib:

“Sənətimə, peşəmə dəyər verdiyim üçün “sənətin, peşənin aşağılandığı yerdə olmaram” şüarını irəli sürürəm. Və burada televiziya ilə vidalaşıram”.

Загрузка...