Hazırda həbsdə olan Adnan Oktarın məhkəməsi davam edir.

Musavat.com xəbər ki, Adnan Oktarın 1999-cu ilə aid polis sorğusunda olduğuna dair görüntülər yayılıb.

Görüntülərdə Adnan Oktar montajla hazırlatdırdığı videolarla siyasətçiləri şantaj etməsi haqqında danışır. O, bu əməlindən peşiman olduğunu dilə gətirir. A.Oktar Türkiyənin keçmiş baş naziri Məsud Yılmazı da fotomontajla şantaj etdiklərini dilə gətirib.

Uşaqların ailələri olduqca varlıdır

Sözügedən görüntülərdə Oktar, təşkilatın maddi vəziyyəti ilə əlaqədar suala cavabında, “Yemək, içki, dincəlmək üçün yataqlar, hamam və s. olduqca yaxşı vəziyyətdəyəm. Hələ bura televizor da almağı düşünürük. Uşaqların (təşkilat üzvləri) ailələrinin 80 faizi olduqca varlıdır. Uşaqlar da yaxşı qazanırlar. Bir-birlərinə kömək edirlər.

Adnan Oktarın 20 il əvvəlki görüntüləri ortaya çıxdı – VİDEO

Allahın varlığını çox yaxşı izah etməyi bacarıram

Görüntülərdə daha sonra dini təhsili almadığını dilə gətirən Adnan Oktar ərəb dilini bilmədiyini deyir: “Quranı dəfələrlə oxumuşam. Məndə səmimi bir iman var. Allaha imanı yaxşı izah edirəm. Dini tam izah edə bildiyimi deyə bilmərəm, çünki o qədər də din bilgim yoxdur. Lakin allahın varlığını çox yaxşı izah etməyi bacarıram.”

Adnan Oktarın 20 il əvvəlki görüntüləri ortaya çıxdı – VİDEO

Çayxana yerinə evi seçmişik

Polisin “Təşkilati evlər quraraq üzvlərinizin bir yerdə olmasını təmin etməkdə məqsəd nədir” sualına A.Oktar bu cür cavab verib: “Bu bir sevgi birliyi olduğu üçün insan davamlı olaraq sevildiyini görmək istəyir. Bu sevgini ya çayxanada görəcək, ya da evdə görəcək. Biz də çayxana yerinə evi seçmişik”.

Sözügedən görüntülər dəlil kimi hazırda gedən cinayət işinə əlavə olunub. İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Adnan Oktarın cinayətkar dəstəsinə qarşı hazırlanan iddianamə əsasında 126 nəfər mühakimə olunur. “Bir təşkilat qurmaq və idarə etmək, “şantaj etmək”, “azadlıqdan məhrumetmə”, “şəxsi məlumatları qanunsuz olaraq qeyd etmək”, “cinsi istismar” və s. bu kimi bir çox maddələr ilə ittiham olununan cinayətkar dəstənin 420 ildən 871 ilə qədər həbs cəzasına məhkum edilməsi istənilir. Lakin Adnan Oktar və onun həbs edilən tərəfdarları bu maddələrin heç birini qəbul etmir. Onlar heç bir cinayət əməli törətmədiyini bildirir.

Turan Oruc
Musavat.com

Загрузка...