Türkiyənin tanınmış aktyoru Can Yaman rəqqasə ilə göbək rəqsi oynayıb.

Aktyorun dostları ilə birlikdə qatıldığı partidə yanına gələn rəqqasə ilə birgə oynadığı oriental şousu gecəyə damğa vurub. Öncə rəqqasənin istəyinə qarşılıq verməyən Can dostlarının israrı ilə rəqs etməyə başlayıb. Hətta rəqqasənin sinəsinə belə pul qoyub.

Can Yaman məkandan çıxanda yanvarda əsgərə gedəcəyini açıqlayıb:

“Serialla bağlı uzatdığım saçlarımı əsgərə gedəndə kəsdirəcəm. Kəsdirdiyim saçlarımı satışa çıxarıb, pulu hansısa ehtiyacı olan yerə bağışlayacam”.

Oxu.az

Загрузка...