Hava çirkliliyinə görə fövqəladə vəziyyət elan edilən Hindistanın paytaxı Yeni Dehlidə təmiz havanın pulla satışı başlayıb.

BAKU.WS “ensonhaber.com”a istinadən xəbər verir ki, “Oxy Pure” adlı şirkət bir mağazada xüsusi kimyəvi borularda hazırlanan və müxtəlif aromatlar qatılan havanı 299 rupiyə (təxminən 7 manat) satır.

Təmiz hava almağın müddəti isə 15 dəqiqədir.

Şirkət iddia edir ki, bu “təmiz hava” vücud və zehnə müsbət təsir edir.

Qeyd edək ki, havanın həddindən artıq çirklənməsinə görə, Yeni Dehli məktəblərinə 5 milyon maska paylanılmışdı.

Загрузка...