Bakıda qadınlar üçün mallar satılan mağazadan oğurluq olub.

Bu barədə mağaza sahibi Emil Məmmədzadə BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, İslam Səfərli küçəsində yerləşən mağazasına müştəri qismində daxil olan bir qadın oradan çanta oğurlayıb.

“Hadisə noyabrın 8-də günorta vaxtı baş verib. Bir qadın mağazamızdan 150 manat dəyərində çanta oğurlayıb”, – deyə Emil Məmmədzadə bildirib.

Загрузка...