Xəbər verildiyi kimi, Ermənistanda təhsil naziri Araik Arutunyanın erməni dili, erməni tarixi və ədəbiyyatı dərslərinin məcburi şəkildə tədris edilməsinin aradan qaldırılması barədə təşəbbüsü ali məktəblərdə, xüsusilə filoloqlar arasında böyük hay-küyə səbəb olub.
Buna görə hətta tələbələr universitetlərdə kütləvi aksiyalar təşkil ediblər.
Erməni mediasına danışan yerli ekspertlər isə məsələnin artıq sırf təhsil məsələsindən çıxarılıb siyasi problemə çevrilmək istənildiyini bilirirlər.
Etiraz tədbirlərində Paşinyan iqtidarına müxalif “Daşnaksütyun” partiyasının təşkilatçılığının önə çıxması onları bu fikrə gəlməyə əsas verib.
Məsələn rusdilli “lragir.am” saytının redaktoru Naira Ayrumyanın fikrincə, tələbələrin artıq təhsil nazirini istefaya çağırması məsələni başqa istiqamətə yönəldib.
“Əgər onlar həqiqətən erməni dilinin və “Erməni kilsəsi tarixi”nin məktəblərdə məcburi tədrisinin ləğvinə qarşı çıxsaydılar, əhali içərisində də rəğbət görərdilər. Lakin Daşnaksütyun fəallarının Nikol Paşinyanın ən yaxın admlarından sayılan Araik Arutunyanı uzaqlaşdırılması tələbi başqa niyyətlərdən xəbər verir.
N.Ayrumyanın fikrincə, Ermənistan baş nazirinin əlinin altında onsuz da inana biləcəyi kadr azdır, ona görə də onun təhsil nazirindən asanlıqla vaz keçməsi mümkün deyil.
Digər siyasi ekspert Boris Navasardyana görə də aksiyalar əslində erməni dilinin müdafiəsinə deyil, hazırkı hakimiyyətin zəiflədilməsinə yönəlib.
Boris Navasardyan “Daşnaksütyun”un hazırda mövcud iqtidara qarşı duran müxalif güclərin mərkəzlərindən biri olduğunu vurğulayıb.
Erməni politoloq baş nazirin Araik Arutunyanı komandasının vacib üzvü kimi müdafiə etdiyini, sonuncunun təhsil naziri postundan getməsi halında belə daha yüksək vəzifə tutacağını söyləyib.
Musavat.com