ABŞ-da azərbaycanlı gənc avtoqəzada dünyasını dəyişib.

Medianews.az Trend-ə istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Ramiz Quliyev yük avtomobilinin sürücüsü olub. O, ötən gün səhər saatlarında Nevada ştatında qəzaya uğrayaraq dünyasını dəyişib.

Dostlarının söylədiklərinə görə, Ramiz Özbəkistanda yaşayıb və orada ailəsi olub. Onun 8 yaşlı bir qız övladı olduğu deyilir. Hazırda yaxınları onun meyitini ailəsinə göndərmək üçün yardım kompaniyasına başlayıblar.

ABŞ polisinin açıqlamasında deyilir ki, Ramiz Quliyev əks yola çıxaraq qəza törədib və nəticədə özü də daxil olmaqla daha bir nəfər sərnişin ağır bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qəzada daha iki minik avtmobilinə də ziyan dəyib.

ABŞ-da qəzada ölən azərbaycanlı gəncin FOTOLARI

ABŞ-da qəzada ölən azərbaycanlı gəncin FOTOLARI

ABŞ-da qəzada ölən azərbaycanlı gəncin FOTOLARI

Загрузка...