Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov hərbi hospitala yerləşdirilib.

Hazırda o həkim nəzarətində müalicəsini davam etdirir.

Bu barədə Vaqif Əsədovun özü BAKU.WS-ə açıqlamasında bildirib.

Qurum rəsmisi bildirib ki, soyuqdəymə diaqnozu ilə xəstəxanaya müraciət edib.

“Soyuqdan özünüzü qoruyun. Dostlara və mənimlə maraqlanan hər kəsə dərin minnətdarlığımı bildirirəm”, – deyə V.Əsədov bildirib.

Загрузка...