Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Dağ Kəsəmən kəndində keçirilən toy mərasimində qeydə alınıb.

Məlumata görə, 1979-cu il təvəllüdlü Orxan Salahov adlı kənd sakini hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Toy sahibinin keçmiş icra nümayəndəsi – Şirzad adlı şəxs olduğu deyilir.

Загрузка...