Dadaş Dadaşlinski millət vəkilinə onu tanımayan seçicilərlə bağlı sual verdi - VİDEO

Millət vəkili Tahir Mirkişili İTV-də yayımlanan 3D proqramında seçildiyi dairədən vətəndaşların onu tanımaması ilə bağlı iddiaları təkzib edib.

BAKU.WS xəbər verir ki, buna qədər Dadaş Dadaşlinski 5-ci mikrorayonda yaşayan seçicilərin böyük hissəsinin deputatı tanımaması barədə saytların birinin iddiasını dilə gətirib.

Tahir Mirkişili mövzu barədə danışarkən deyib ki, istənilən seçici həm sosial şəbəkə, həm də telefon nömrəsindən ona yaza bilir:

“Bu təxminən iki bundan öncə yayılmış bir video idi. Tanınmayan bir saytın apardığı qərəzli mövqedən çəkilmiş video idi. Bizim vəzifəmiz insanlarla görüşməkdir. İstənilən bir seçici həm sosial şəbəkə, həm də telefon nömrəsindən mənə yaza bilir.

Bununla yanaşı biz ayda ən azı bir dəfə qəbul görüş keçiririk. Həmin 5-ci mikrorayonun qonşuluğunda olan 6-cı mikrorayonda bizim qərargah yerləşir. Bizim birbaşa köməkçimizin səhərdən axşama qədər istənilən şəxsi qəbul etməsi üçün otağımız da mövcuddur”.

Загрузка...