“Ana itkisi nədir, indi bildim. O hissləri indi yaşadım. O qədər ağladım ki… İstəyirdim haradasa 5 il yaşasın”. Bu sözləri onu 1 yaşından saxlayıb-böyüdən xalasını itirən Şəbnəm Tovuzlu deyib.

BAKU.WS xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində itirdiyi anasından danışıb:

“Öz doğma anam Tamella rəhmətə gedəndən sonra anamın ailəsi məni atama verməyib. Məni anamın xalası Tərxanım və həyat yoldaşı həyatlarını mənə həsr ediblər, məni böyüdüblər. Onun öz övladı olmayıb. 1 yaşından onu görmüşəm. Heç kim deməsin xalası ölüb, mənim anam ölüb”.

Şəbnəm danışarkən kövrəlib. Verilişdə vəfat edən Tərxanım ananın görüntüləri nümayiş edilib.

Загрузка...