Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqar Namaz oğlu Abbasovu Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.

BAKU.WS xəbər verir ki, İlqar Abbasov buna qədər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

İqar Namaz oğlu Abbasov kimdir?

İlqar Abbasov 12 fevral 1958-ci ildə anadan olub. O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirmişdir. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Загрузка...