Meksikanın xarici işlər naziri Marselo Ebrard bildirib ki, ölkəsi Boliviyanın sabiq prezidenti Evo Moralesin xahişinə cavab olaraq ona siyasi sığınacaq verib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Mən indicə prezident Moralesin zəngini qəbul etdim. O, təklifimizə cavab verdi, şifahi və rəsmi olaraq ölkəmizdə siyasi sığınacaqla bağlı xahiş etdi, – deyə Ebrard jurnalistlərə bildirib.

Nazir daha əvvəl bildirib ki, ölkə Meksikanın La-Pasdakı səfirliyi ərazisində Moralesu sığınacaq verməyə hazırdır. Orada artıq 20 məmur və deputat yerləşib. “Meksika Boliviyanın prezidenti vəzifəsindən istefa verən Evo Moralesə sığınacaq verməyə hazırdır”, – deyə xarici işlər naziri Marselo Ebrard özünü “Twitter” səhifəsində yazıb.

“Müdaxilə etməmək və sığınacaq vermək ənənəsinə uyğun olaraq Meksika La Pasdakı rəsmi iqamətgahında Boliviyanın icra və qanunverici orqanının 20-dən çox əməkdaşına sığınacaq verib. Evo Moralesə sığınacaq verilməsini də təklif etmişik” – XİN rəhbəri əlavə edib.

Загрузка...