Maradona Boliviyanın keçmiş prezidentinə dəstək çıxdı - FOTO

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Boliviyanın keçmiş prezidenti Evo Moralesə dəstək çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə o, “İnstagram” səhifəsində paylaşım edib.

“Təəssüflər olsun ki, Boliviyada çevriliş təşkil olunub. Boliviya xalqı və Moralesə görə pis oldum. O, həmişə sadə vətəndaşlar üçün işləyib”, – deyə Maradona qeyd edib.

Qeyd edək ki, Boliviyanın keçmiş lideri Evo Morales təyyarə ilə ona siyasi sığınacaq verməyə razılaşmış Meksikaya uçub.

Maradona Boliviyanın keçmiş prezidentinə dəstək çıxdı - FOTO

Загрузка...