Tanınmış teleaparıcı Mələk Heydərova yenidən efirə qayıdır.
BAKU.WS xəbər verir ki, Mələk Baku TV-də səhər şousu ilə tamaşaçıların qarşısına çıxacaq.
Mələk həmkarı Aytən Leylaqızı “Baku life” adlanan səhər proqramını təqdim edəcək. Sözügedən proqram həftə içi 5 gün səhər saat 10-dan 11-ə kimi yayımlanacaq.
Xatırladaq ki, Mələk Heydərova bundan əvvəl ATV və Space telekanallarında aparıcılıq edib. O, ATV-dən açıq-saçıq geyindiyinə görə uzaqlaşdırılmışdı. Aparıcılıq fəaliyyətinə qədər bir neçə serialda rol alıb.