Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verib.
Medianews.az BakuPost-a istinadən xəbər verir ki, psixiatrın həkim qızı, Hippokrat Tibb Mərkəzinin Laboratoriya Departamentinin rəhbəri Nigar Tağızadə ötən gün vəfat edib.
1981-ci il təvəllüdlü Nigar Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumun 3 övladı var.
Xatırladaq ki, N. Tağızadə kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadənin bacısıdır. L. Tağızadə sözügedən Tibb Mərkəzinin direktorudur.