Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

Bildirək ki, Azərbaycanda bələdiyyə seçkiləri bu ilin dekabrın 23-də keçiriləcək.

Загрузка...