İŞİD terror təşkilatının öldürülən lideri Əbu Bəkr əl-Bağdadinin saxlanılan arvadı Əsma Feysi Məhəmməd əl-Kubeysinin şəkli yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Əl-Bağdadinin arvadının ələ keçməsini dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan açıqlayıb.

Ərdoğan bugünkü çıxışında isə onun 1,5 ilə yaxındır saxlanıldığını söyləyib: “Bu faktı ilk dəfədir açıqlayıram. Yanında Bağdadinin uşağı da var”.

Qeyd edək ki, Bağdadinin bacısı 65 yaşlı Rəsmiyə, gəlini və 5 nəvəsi 4 noyabrda Suriyanın Əziz şəhəri yaxınlığında ailəsi ilə birgə yaşadığı yük konteynerinə basqın zamanı tutulub.

Bağdadinin saxlanılan arvadının görüntüsü yayıldı - FOTO

Загрузка...