Amsterdam yaxınlığındakı Sxipol hava limanında təyyarəninin qaçırılmasına cəhd olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərbi polisdəki mənbələrə istinadən Niderlandın Teleradioyayım Şirkəti (NTK) bildirib. Telekanalın məlumatına görə, enmə (sərnişinlər-red) zamanı pilot təyyarənin qaçırılmasına cəhdlə bağlı həyəcan düyməsini basıb. “Həmin an 27 nəfər təyyarənin göyərtəsinə qalxıb”, – NTK qeyd edib. Söhbətin terror aktından gedib-getməməsi hələ ki anlaşılmır.
Hava limanının təhlükəsizliyi üçün cavadehlik daşıyan hərbi polis “Twitter”dəki səhifəsində bildirib ki, sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk edib.
“Sərnişinlər və ekipaj təyyarənin göyərtəsindən düşüblər”, – deyə xəbərdə bildirilir. Hazırda laynerə baxış keçirilir.