Pakistanın Rəhim Yar Xan şəhərinin Liyakatpur qəsəbəsi yaxınlığında sərnişin qatarında partlayış baş verib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Karaçidən Ravalpindi istiqamətində hərəkətdə olan qatarda partlayışdan sonra güclü yanğın çıxıb.
Hadisə nəticəsində 65 nəfər ölüb.
Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının artacağı istisna edilmir.
İlkin məlumata görə, partlayışa sərnişinlərdən birinin yanında apardığı, çay hazırlamaq üçün istifadə etdiyi iki qaz balonu səbəb olub.