Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 1997-ci il təvəllüdlü Hüseynli Qurban Rza oğlu tanımadığı şəxslə mübahisə zəmnində döyülərək ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Ona açıq kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.