Braziliya və İsrailin futbol veteranları arasında yoldaşlıq görüşü keçirilib.
BAKU.WS xəbər verir ki, matç zamanı oyunu idarə edən hakim ulduz futbolçu Kaka ilə selfi çəkdirmək üçün ona sarı vərəqə göstərib.
Kaka və digər futbolçular əvvəlcə nə baş verdiyini başa düşməsələr də, sonradan qadın hakimin ulduz futbolçu ilə şəkil çəkdirmək istəyini başa düşüblər.
Qarşılaşma brazliyalıların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.