İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi karyerasında cərimə zərbəsindən 50-ci qolunu vurub.
“Report”un məlumatına görə, bu, İspaniya La Liqasında XI turun “Valyadolid”lə matçına təsadüf edib.
Argentinalı hücumçu belə qollardan 44-nə “Barsa”da, 6-na Argentina yığmasında imza atıb.