Bəzi insanların heyvanlara olan sevgisi sərhəd tanımır. Hətta bəzi insanlar öz sevimli heyvanlarına milyonlarla dollar vəsiyyət edir.
Biraz gülməli səslənsə də bu həqiqətdir.
Dodaq uçuqladacaq sərvətlərə sahib olan heyvanların yaşam tərzi sosial mediada tez-tez müzakirələr səbəb olur. Fərqli heyvanların bu cür sərvətlərə sahib olması insanların diqqətini çəkir.
Medianews.az sizə dünyanın ən zəngin və ağlasığmaz sərvətə sahib olan heyvanlarının siyahısını təqdim edir.
1.Gunther (Alman iti)
Gunther adlı bu it 180 milyon dollar sərvətə sahibdir. Alman əsilli bir soylu ailədən olan Kontes Karlota adlı şəxs ömrünün son zamanlarında heç kəsi qalmadığı üçün bütün sərvətini öz itinə 3-cü Guntherə buraxıb. 1992-ci ildə mirasa sahiblənən 3-cü Gunther vəfat etdikdən sonra bütün mal varlığı onun balası 4-cü Gunther’ə qalıb. Bu itin yaşam tərzi olduqca maraqlıdı. Madonnan villasını belə alan bu itin Bahama, Mayami və Nyu Yorkda da villaları var. Təbii ki, bunların hamısını it özü etmir. 4-cü Guntherin bütün mal varlığı vəsiyyətdə qeyd olunan bir hüquq şirkəti tərəfindən idarə olunur. Özəl mühafizə xidməti olan itin şəxsi təyyarəsi də var. Bundan əlavə itin özəl baxıcılar,şoferləri və aşpazları var.
2. Kalu (Şimpanze)
Bu meymunun sərvəti 80 milyon dollardır. Patricia O’Neill adlı bir milyoner qadın tərəfindən meşəlik ərazidə ağaca bağlı vəziyyətdə tapılan bu meymunun həyatı dəyişib. Milyoner qadın onu evinə gətirərək şimpanzeyə yeni həyat verib. Qadın vəfat etdikdə vəsiyyəti üzərinə bütün mal-varlığı şimpanzeyə qalıb. Ən maraqlısı isə qadın vəfat etdikdə həyat yoldaşına bu mirasdan bir qəpik də olsun çatmayıb. Milyoner qadın vəsiyyətində bütün mirasını Kaluya bağışladığını qeyd edib. Kalu 2010-cu ildə ölüb.
3.PEPE LE PEW, ANI ve FRANKIE (iki pişik,bir it)
Adı hələ də bilinməyən ABŞ-da yaşayan bir qadın bəslədiyi 3 heyvana (2pişik,bir it) 16,2 milyon dollar miras buraxıb. Bu 3 heyvan San Dieqoda böyük bir villada yaşayırlar.
4.TROUBLE (“Maltese Terrier” cinsli it)
Otellər kraliçası olaraq tanınan Leona Helmseyin iti olan Trouble 12 milyon dollarlıq bir sərvətə sahibdir. Trouble Leona Helmsey ilə birlikdə müxtəlif reklamlara da çəkilib. Milyarder olan Leona Helmsey öz itinə 12 milyon miras buraxdığı halda iki nəvəsinə heç bir miras buraxmayıb.
5. Flossie (it)
Sərvəti 3 milyon dollar olan bu it məşhur film ulduzu Drü Berrimorundur. Bu it evdə baş verən yanğını xəbər verərək Drü Berrimoru və onun həyat yoldaşını xilas edib. Flossie Kaliforniyada Holivud ulduzlarının yaşadığı Beverly Hills şəhərində yaşayır. Bu itin 3 milyon dollarlıq bir bank hesabı var.
6.Tina və Kate (it)
Nora adlı bir ingilis kişi 90-cı yaş günündən bir gün öncə bütün sərvətini sahib olduğu iki itinə buraxıb. Tina və Kate adlı itlər 900 milyon dollar sərvətə sahibdir.
7.Tinker (Qara pişik)
Bir küçə pişiyi olan tinkerin həyatı Marqaret Layne adlı qadın ilə tanış olduqdan sonra dəyişib. Marqaret 3 otaqlı evini və 200 min dollar pulunu miras olaraq pişiyinə buraxıb. Marqaret adlı qadın Tinkerə ölənə qədər hansı yeməklərə yeyəcəini və nə cür yaşayacağının təlimatlarını verib.
8.SILVERSTONE (Tısbağa)
Kristina Foyle adlı bir qadın 50 yaşlı tısbağasına 34 min dollar miras buraxıb.