Əməkdar artist Elnur Kərimov üzvü olduğu Teatr Xadimləri İttifaqının sıralarını tərk edib.

BAKU.WS xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru bu barədə sosial şəbəkədə bəyan edib. O, bu qərarını belə əsaslandırıb:

“Mən 2014-cü ildən Teatr Xadimləri İttifaqının fəaliyyətsizliyi ilə bağlı müraciət etmişəm. Azərbaycan teatrını uçuruma aparan ən əsas səbəbin TXİ-nın rəhbəri Azər Paşa Nemət olduğunu dəfələrlə bildirmişəm. Katib Rafiq Əliyevlə görüsümüz də baş tutub, amma yenə də fəaliyyətsizlik davam edib və davam edir.

Azərbaycan teatrının düşdüyü bu vəziyyət məni daha da narahat edir. Ən azından 20 ildir ki, Gənc Tamaşaçılar Teatrının aktyoruyam. TXİ-nin katibi Rafiq Əliyev bunu daha yaxşı bilir. Azərbaycan teatrını uçuruma apardığınız yol da bəllidir. Baxmayaraq ki, bizim teatrın fəaliyyətinə kölgə salan səbəb şəxsi maraqlar olub. Bunun günahkarı aktyor deyil, hansısa insanlar olub və bunu özünüz həll edə bilərsiniz. Məsələn, Azər Paşa bas rejissor işləyib sonra qovulub, Rafiq Əliyev yaşı ilə əlaqədar teatrdan çıxarılıb.

Bunun günahkarı Elnur Kərimov və başqa istedadlı aktyorlar deyil. Gedin mübarizənizi onlarla aparın.

Təbii ki, illərdir təkbaşıma mübarizə aparırdım və hətta TXİ rəhbərliyinin “Elnur Kərimovu yığışdırın, sizə mükafat verək” kəlməsini də bu yaxınlarda işlətməsi lap yerinə düşdü.

Mən danışana qədər nə olmuşdu ki, mən danışandan sonra nə olacaq? Mən bu gündən TXİ-nin üzvlüyündən imtina edirəm. Azərpaşa və ətrafındakı ünsürlər oradan uzaqlaşmayınca və aktyora, xüsusilə də cənab prezidentin imzaladığı sərəncamla fəxri ada layiq görülənlərə münasibət belə olacaqsa, mən həmin ittifaqı tanımıram”.

Aktyor öz istefasının ardınca A.Nemətovu da istefaya dəvət edib:

“Mənim mübarizəm TXİ sədri Azərpaşa Nemətovladır, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa ilə yox. Gunah mənim deyil ki, adıçəkilən hər iki yerə eyni adam rəhbərlik edir.

Məhz bu səbəblərdən ölkəmizdə keçirilən “MAP” teatr festivalı Teatr Xadimləri İttifaqının dəstəyi olmadan keçirilir. Azər Paşa Nemətov və həmyaşıdlarınız, xahiş edirəm, cənab prezidentə yaşınızla bağlı müraciət edin. İnanın ki, müsbət cavab alacaqsınız. Azərbaycan Teatr heyətində də parlaq gələcəyin yolları görünməyə başlayacaq. “Bizim də teatrımız var” deya biləcəyik. Sizsiz də deyərik, narahat olmayın.

Azərbaycan teatr tarixində qala bilməyəcəksiniz. Çünki gənclərə göstərdiyiniz münasibət bir müddət sonra özünü göstərəcək”.

Загрузка...