Bu ilin ilk doqquz ayı ərzində 524 nəfər Azərbaycan vətəndaşı İİV-ə (insanda immunçatışmazlığı virusu) yoluxub.

Oxu.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Komissiyada daimi fəaliyyət göstərən İşçi Qrupunun araşdırmasına görə, onların 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəçisi olub.

Azərbaycan vətəndaşları arasında 2019-cu ilin yanvar-sentyabr ayları ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Ümumilikdə 1988-ci ildən İİV infeksiyası aşkar olunmuş 7932 nəfərdən 3258 xəstə inyeksion narkotik istifadəçiləri olub. Onun 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.

Ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Загрузка...