Bakıda avtomobil yolun ortasında qalan “Qazel”ə çırpıldı - VİDEO

Bakıda baş verən qəza anı kameraya düşüb.

Medianews.az avtosfer.az-a istinadla xəbər verir ki, “Qazel” markalı yük maşını yolun düz ortasında texniki səbəbdən dayanır.

Bu zaman sürətlə hərəkətdə olan avtomobillər onunla toqquşmamaq üçün sağ-sola hərəkət edirlər. Lakin sürücülərdən biri öz zolağı ilə hərəkəti davam etdirir və arxadan yüksək sürətlə “Qazel”ə çırpılır.

Nəticədə avtomobillərə ciddi ziyan dəyir. Sürücü isə yüngül bədən xəsarətləri alır.

Videonu təqdim edirik:

Загрузка...