Azərbaycanda 64 yaşlı qadın və 70 yaşlı kişinin əkiz övladı dünyaya gəldi - VİDEO

Azərbaycanda maraqlı hadisə qeydə alınıb.

BAKU.TV-nin Xəbərlər buraxılışına xəstəxanadan canlı bağlantı ilə qoşulan müxbir İlhamə Kələyeva xəbər verir ki, 40 ildən sonra 64 yaşlı qadın və 70 yaşlı kişinin əkiz övladları dünyaya gəlib.

Uşaqlardan biri qız, digəri oğlandır. Ana və uşaqların vəziyyəti yaxşıdır.

Həkimlərin sözlərinə görə, bu Azərbaycanda ilk hadisədir. Belə ki, postsovet ölkələrində də 64 yaşlı qadının uşaq dünyaya gətirməsi ilk dəfədir baş verir.

Qeyd edək ki, uşaqlar süni mayalanma ilə dünyaya gəliblər və körpələr qeysəriyyə əməliyyatı ilə doğulublar.

Загрузка...